ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İŞİD-ə yaxın saytlarda yayımlanan fotolarda BMT-nin Dünya Qida Proqramına (WFP) aid loqo və ştampları olan yardım qutularını İŞİD "zəkat" deyərək suriyalılara paylayır. Həm də BMT-nin loqosunun üzərinə öz adlarını yapışdırmaqla.
"Al Arabiya" qəzetində dərc olunan xəbərdə deyilir ki, fotolar Hələb şəhərindən 50 kilometr uzaqlıqdakı Deir Hafr kəndidə çəkildiyi ehtimal olunur. Amma yardım qutularının İŞİD-in əlinə necə keçdiyi bilinmir.
Fakta bağlı BMT-nin Dünya Qida Proqramının yetkililəri açıqlama verib. WFP-in bölgə koordinatoru Muhannad Hani bu faktı qınadıqlarını və bundan çox həyəcan keçirdiklərini dilə gətirib.
WFP-nin yardımları Suriya Qızılayı tərəfindən paylanılırdı. Ötən ilin sentyabr ayında İŞİD beynəlxalq təşkilatın bu filialına basqın etmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !