ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki,öz amansız edam və əsdirdiyi terror dalğası ilə dünyanı qorxuya salan İŞİD-in hədəfində əsas 3 ölkə dayanır. Bunlar Danimarka, Norveç və İngiltərədir. Bu barədə karikatura böhranına ilk addım atan "Jyllands Posten" qəzeti məlumat verib. Qəzet İŞİD-ə yaxınlığı ilə seçilən "Al Platform Media" adlı internet səhifəsində Danimarka, Norveç və İngiltərə haqqında yazılanlara istinadən belə bir xəbər hazırlayıb.
"Jyllands Posten" qəzetinin yazdığına görə, adının Əbu Ömər əl-Muhajar olduğu bildirilən bir İŞİD yaraqlısı "Al Platform Media" adlı internet səhifəsində "Danimarka acı çəkmədən, təhqir olunmadan rahat olmayacağıq. Allahım, Həzrəti Məhəmməd adına bunlardan intiqam alacaq və onları yox edəcəyik" - cümləsini işlədib.
Amerikalı terror araşdırmaçısı J.M.Berger "Jyllands Posten"ə açıqlamasında "Al Platform Media" internet səhifəsinin İŞİD-ə yaxın olduğunu vurğulayıb: "Açıqlanan bütün təhdidlər doğru çıxmaya bilər, amma ara-sıra həqiqətə də çevrilir. Ona görə də bu barədə proqnoz vermək çox çətindir".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !