“İslam Dövləti” (İŞİD) yaraqlıları amerikalı və britaniyalı girovların ardınca bu dəfə də Rusiyadan olan əsiri edam ediblər.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, islamçı yaraqlıların girovluğunda olan rusiyalı mühəndis Sergey Qorbunovun İŞİD tərəfindən edam edilməsi barədə məlumatı Amerika mətbuatı yayıb.
Qeyd edək ki, İŞİD S.Qorbunovla bağlı sonuncu videoçarxı 2013-cü ilin oktyabrında yaymışdı.
S.Qorbunov həmin videoçarxda belə deyirdi: “Mənə yaxşı baxırlar. Yemək verirlər. Amma əgər 5 gündən sonra məni Səudiyyə Ərəbistanından olan Xalid Süleymanla dəyişməsələr, axırım yaxşı olmayacaq. Bunlar mənim başımı kəsəcək. Mən Suriya və Rusiya prezidentlərinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edirəm, yalvarıram. Mən çox qorxuram...”
S.Qorbunov digər ölkələrdən olan girovlarla birgə İŞİD-in paytaxtına çevrilmiş Suriyanın Raqqa şəhərində saxlanırdı. Xəbərə görə, yaraqlılar onu güllələyib və bu səhnəni videoya çəkiblər.
ANN.Az