İraq və Suriyada 10 minə yaxın kürd qadın IŞİD-ə qarşı döyüşür
İŞİD PKK-nın Suriya qanadı olan YPG-nın qəhrəman elan etdiyi kürd qızını edam edib.
ANS PRESS-in məlumatına görə, Reyhanə adlı qızın başını kəsən İŞİD kürdləri şoka salıb.
Qeyd edək ki, ötən həftə kürdlərə yaxın media orqanlarında kürd qızı Reyhanənin Kobaninin müdafiəsində qəhrəmanlıq etdiyi və 100-ə qədər İŞİD üzvünü öldürdüyünü xəbər vermişdi. Qəhrəman kimi təqdim olunan qadın döyüşçünün şəkillərini hər yerə yayan kürdlər ondan əfsanə uydurmağa cəhd edirdilər.
Bu hadisədən 1 həftə keçməmiş İŞİD-in kürdlərin "qəhrəmanı"nı tutaraq edam etməsi və qandonduran baş kəsmə səhnəsinin internetə yükləməsi kürdlər başda olmaqla dünyanı dəhşətə gətirib.
Görüntülərdə əliylə qələbə işarəsi göstərən Reyhanənin edam səhnəsində İŞİD üzvü də eyni işarə ilə kürdlərə mesaj verib.
Qeyd edək ki, İraq və Suriyada 10 minə yaxın kürd qadın IŞİD-ə qarşı döyüşür.
ANN.Az