Suriyada yerləşən və təxminın 2 milyon il yaşı ehtimal edilən Palmira şəhəri terror təşkilatı İŞİD-in təhlükəsindən qurtulub.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Suriya ordusu Palmira şəhərinin yaxınlığındakı Tedmur şəhərinin şimalını ələ keçirən İŞİD döyüşçülərini məğlub etməyi bacarıb.
Fransız xəbər agentliyi AFP-yə açıqlama verən Talal Barazi 2 gün əvvəl şəhəri ələ keçirən İŞİD terrorçularının ötən gün şəhərdən qovulduğunu deyib. Barazi "İŞİD təhlükəsi sovuşdu" deyib.
Suriya Qədim Əsərlər və Muzeylər Qurumunun rəhbəri Məmun Abdülkərim AFP-yə açıqlamasında "Yaxşı xəbərlərimiz var, antik şəhər İŞİD hücumu zamanı heç bir zərər görməyib" - sevinclə bildirib.
Qeyd edək ki, mayın 16-da İŞİD döyüşçüləri Tedmur şəhərini ələ keçirmiş, Palmira şəhərin də bir hissəsinə qədər irəliləyə bilmişdilər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !