İraqda İŞİD terrorçuları tək Diyala vilayətində 100 orta məktəb binasını zəbt edib.
ANN.Az xəbər verir ki, bu barədə Diyala Milli Təhsil Şöbəsinin müdiri Cəfər əz-Zerkuşi məlumat verib. Onun sözlərinə görə, silahlı birləşmə Diyalanın Əs-Sadiyə, Cəlula, Əl-Mansuriyə və mərkəzi rayonu olan Bakubada yerləşən 100 məktəbi ələ keçirib, məktəb binalarının əksəriyyəti silah və ərzaq deposu olaraq istifadə edilir.Bu durumdan UNİCEF-in də narahat olduğunu dilə gətirən şöbə müdiri son aylar ərzində Diyala vilayətinin bələdiyyəsi ilə birgə məktəbsiz qalan uşaqların təhsil ehtiyacının ödənilməsi üçün 70 karvan yardımın İraqa gətirildiyini bildirib. Artıq 3 aya yaxındır ki, İŞİD Diyala vilayətini öz nəzarəti altına alıb.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !