İŞİD daha bir neft bölgəsini ələ keçirdi

16:00 | 06.08.2014
İŞİD daha bir neft bölgəsini ələ keçirdi

İŞİD daha bir neft bölgəsini ələ keçirdi

Suriya və İraqda, xüsusilə neft buruqlarının olduğu sahələri almaq strategiyası üzrə hərəkət edən İŞİD yeni bir neft bölgəsini ələ keçirdi. ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İŞİD əsgərləri Suriyada neft qaynaqları baxımından zəngin Deyruz Zor bölgəsindəki Suveyda kəndini işğal edib. Suriya İnsan Haqları Təşkilatının (SNHR) açıqlamasına görə, İŞİD bu bölgədə sünnilərin 24 saat ərzində bölgəni tərk etməsi xəbərdarlığını edib.Qurumun yaydığı açıqlamada deyilir ki, bölgədəki yerli tayfalarla İŞİD xidmətçiləri arasında yaşanan qarşıdurmalar nəticəsində Suveyda kəndi işğal olunub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM