İŞİD terror qruplaşması əsrlərdir müsəlmanların ənənəvi olaraq qeyd etdiyi İslam peyğəmbərinin mövlud tədbirlərini yasaqladı.
ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Kürdüstan Demokratiya Partiyası Mosul şöbəsinin sədri Səid Məmuzini "Anadolu” agentliyinin müxbirinə məlumat verib. Sədr bildirib ki, mövludu qeyd edənlər, bu məqsədlə toplaşanlar və şirniyyat paylayanlar qruplaşma tərəfindən günahkar hesab olunur.
Əvvəlki illərdə Mosul sakinlərinin mövlud gecəsini qeyd etdiyini xatırladan Məmuzini, İŞİD-in işğalından sonra yerlilərin artıq bir çox dini mərasimləri keçirə bilmədiyini vurğulayıb. "Təəssüf ki, İŞİD Mosulu işğal etdikdən sonra yerlilər bir çox dini mərasimləri keçirə bilmirlər. Halbuki Mosul xalqı mövlud gecəsinə xüsusi əhəmiyyət verir”. Məmuzini, İŞİD-in işğal etdiyi 10 iyundan bəri Mosulda həyat şərtlərinin pisləşdiyini bildirib.
"İraqın ikinci böyük şəhərində iyundan bəri elektrik, su və yanacaq problemi var. İnsanlar ən zəruri ehtiyaclarını da tapmaqda çətinlik çəkirlər. Ərzaq iki dəfə bahalaşıb. Mosullular üçün həyat şərtləri çox çətinləşib. İŞİD terroçuları təzyiqlərdən şikayət edənləri ya öldürür, ya da həbs edir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !