İŞİD silahlıları 85 yaşlı qocanın isə başını kəsiblərİŞİD terrorçularından qaçmağa müvəffəq olmuş Kobanidən olan Mustafa Qadər baldızının və onun 8 yaşlı qızının zorlandığını, daha sonra onların öldürülərək ürəklərinin çıxarıldığını deyib. ANS PRESS-in məlumatına görə, Qadər gördüyü dəhşətli mənzərələri “The Guardian” qəzetinin müxbirinə danışıb. Kobaninin 16 kilometrliyində olan kəndlərindən həyat yoldaşı və 5 yaşlı oğlu ilə 10 gün əvvəl çıxdığını deyən Mustafa Qadər əmisinin son anda kənddə qalmağa qərar verdiyini bildirib. Daha sonra 85 yaşlı əmisindən xəbər alan Mustafa onun İŞİD yaraqlıları tərəfindən başının kəsildiyini öyrənib. Qadər, Həyat yoldaşının doğulduğu kənddən keçəndə isə dəhşətli mənzərəni öz gözləri ilə gördüyünü bildirib. Həyat yoldaşının bacısını və 8 yaşlı qızını qan gölünün ortasında gördüyünü deyən Mustafa Qadər onların İŞİD tərəfindən zorlandığını, daha sonra sinələri kəsilərək ürəklərinin çıxarıldığını ağlayaraq danışıb:“Zorlanmışdılar. Ürəkləri sinələri kəsilərək çıxarılmış və bədənlərinin üstünə qoyulmuşdu. Onları öz əllərimlə basdırdım”.