İŞİD-dən daha bir dəhşət: 30-dan çox ölü

21:17 | 20.02.2015
İŞİD-dən daha bir dəhşət: 30-dan çox ölü

İŞİD-dən daha bir dəhşət: 30-dan çox ölü

Terrorçular Liviyada partlayış törədiblər

Liviyanın Kubbah kəndində terror aktı törədilib. 

ANS PRESS-in məlumatına görə, kəndin içində bomba dolu yük maşını partladılıb.

Hadisə ilə bağlı Liviya məclis üzvü Agula Salih açıqlamasında bildirib ki, terrorçular ərazidəki yanacaq bazalarını və hüquq-mühafizə orqanlarının yerləşdiyi binaları hədəfə aıblar. İlkin ehtimallara görə, hadisə İŞİD-çilər tərəfindən törədilib.

Salih hadisənin İŞİD-in Liviyanın Derna kəndindəki mövqeylərinin bombardıman edilməsinə cavab kimi baş verdiyini bildirib.

Qeyd edək ki, İŞİD tərəfindnə qaçırılan 21 misirli xristianın edam edilməsindən sonra bazar ertəsi hücumlar başlamışdı. Bombardman zamanı İŞİD-in bir çox bazaları darmadağın edilib.


ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM