İŞİD terror qruplaşmasının silahlıları İraqın qərbindəki Anbar əyalətində 300 nəfəri edam edib.
ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Iraq News nəşri məlumat yayıb.
Yerli qəbilə liderlərinin şurasının rəhbəri Naim Qaudun bildirdiyinə görə, terrorçular əyalətin qərbindəki Əl Kaym rayonunda 300-dək təhlükəsizlik xidmətinin əməkdaşlarını və yerli sakinləri kütləvi şəkildə qətlə yetirib. Naim Qaudunun sözlərinə görə, silahlılar qətlə yetirilənlər şəxsləri ölkənin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıqda ittiham edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !