İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının mətbuat katibi Abu Məhəmməd əl-Adnani Şimali Qafqazda yeni administrasiyanın - vilayətin yaradıldığını elan edib.
Modern.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, terrorçuların bu regiondakı lideri Abu Məhəməd əl-Kadari təyin olunub. Mətbuat katibi İŞİD-in Qafqazdakı "əsgərləri”ni təbrik edərək, onlara təşəkkürünü çatdırıb.
Çeçenistanın rəhbəri Ramzan Kadırov bir müddət əvvəl iddia edirdi ki, tanınmış İslam alimləri İŞİD-in "İslam dövləti” adlandırılmasını səhv hesab edir və təşkilatı "İblis dövləti” adlandırmağı təklif edirlər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !