İŞİD terror təşkilatının şokedici ictimai edamları əks etdirən fotolar yayılıb.
ANN.Az Anspress-ə istinadən xəbər verir ki, Mosulda çəkilən şəkilləri Daily Mail nəşri yayıb.
Britaniya qəzeti bildirir ki, edamlar İŞİD-in qoyduğu şəriət qaydalarına uymayanlar üçün tətbiq edilib. Fotolar hopmoseksuallıqda günahlandırılan iki cavan oğlanların edamını əks etdirir. Onları yüzlərlə yığışan insanların gözləri önündə yüksək binadan aşağı itələyirlər.
Digər fotolarda xaçlara bağlanmış iki kişinin güllələnməsi əks olunur. Onlar quldurluqda günahlandırılırlar.
Digər şəkillərdə isə ərinə xəyanətdə günahlandırılan qadının edamı əks edilib. Bütün edamlardan əvvəl hökm oxunur.
Qeyd edək ki. İŞİD Suriya və İraqın işğal olunmuş torpaqlarında fəaliyyət göstərir və xüsusi amansızlığı ilə seçilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !