"İŞİD-ə dəstək verənlər neftin qiymətini salmağa çalışırlar"

16:12 | 18.12.2014

"İŞİD-ə dəstək verənlər neftin qiymətini salmağa çalışırlar"

İranın neft naziri Bijən Zəngənə dekabrın 18-də jurnalistlərə açıqlamasında dünya bazarlarında kəskin ucuzlaşmadan danışıb.

ANN.Az "Media forum”a istinadən xəbər verir ki, Bijən Zəngənə deyib ki, İŞİD təfəkkürünə dəstək verənlər müəyyən siyasi məqsədlərə görə neftin qiymətini minimuma endirmək niyyətindədirlər: "Bu gün beynəlxalq terrorizmə və İŞİD-ə dəstək verənlər neftin qiymətini salmağa çalışırlar. Daha doğrusu, terrorizm və İŞİD-in arxasında gizlənən, onu dəstəkləyən müəyyən bir təfəkkür və bu ideyanın sahibləri neftin dəyərini minimuma endirməyə cəhd göstərirlər. Lakin bütün bu oyunlara baxmayaraq biz öz mövqeyimizdən geri çəkilməyəcəyik”.

Dekabrın 18-də Nyu-York birjasında "Layt” markalı neft 56,47 dollara, London birjasında isə "Brent” markalı neft 61,40 dollara satılıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti