Türk qırıcıları İŞİD terrorçularının hədəflərini bombardıman ediblər.
ANS PRESS-in məlumatına görə, qırıcılar Kilis şəhərinin sərhəddindəki Suriyanın Harcele kəndindəki terrorçu hədəflərinəbomba yağdırıb. Hərbi əməəliyyatda iki "F-16" təyyarəsi iştirak edib.
Əməliyyat ötən gün günorta saatlarında həyata keçirilib. Əməliyyat anbaan lentə alınıb.
Türkiyə Hərbi Hava Qüvvələrinin İŞİD-a qarşı ilk əməliyyatı iyul ayında həyata keçirilib. İyulun 24-d
də saat 03.30-da (Bakı vaxtıyla 05.30) Diyarbəkir əsas Jet bazasından Türkiyə Silahlı Qüvvələrinə (TSK) aid 4 ədəd "F-16” qırıcısı 5 dəqiqəlik intervalla havaya qalxıblar. Kilis vilayətinin Seve kəndi ilə həmsərhəd olan Suriyanın Havar kəndinin yaxınlığında həyata keçirilən əməliyyat zamanı həyata keçirilən bombardımanın səsi Kilisdə də eşidilib.
Koalisya ölkələrinin də hava qüvvələri terrorçulara qarşı əməliyyat keçirib. Qırıcıların bombardımanı nəticəsində bombalanan İŞİD hədəflərindən çıxan dumanlar Türkiyə tərəfindən də müşahidə edilib.
Əməliyyatlar nəticəsində 50-dən çox terrorçu məhv edilib.
Qırğızıstanın xarici işlər naziri Erlan Abduldayevlə görüşdən sonra açaıqlama verən ABŞ dövlət katibi Con Kerri İŞİD-ın bütün dünya üçün böyük təhlükə olduğunu deyib. O, Suriyaya gedəcək ABŞ özəl hərakat qüvvələrinin əsgərlərinin ancaq İŞİD-ə qarşı mübarizə aparacaqlarını və ölkədəki daxili savaşa qatılmayacaqlarını deyib.
Türkiyə İŞİD-ə qarşı ilk əməliyyatını bu ilin iyul ayında Şanlıurfanın urucS rayonunda baş verən qanlı terror aktından sonra həyata keçirib. Belə ki, Ramazan bayramı günü - iyulun 20-də yürüş keçirən bir qrup gəncin arasına girən kamikadze özünü partladıb. Nəticədə 25 gənc terror hadisəsinin qurbanı olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !