ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bunu İŞİD-ə qarşı mübarizədə iştirak edən hərbi qüvvələrin baş komandanı Ceyms Terri deyib.
O, Pentaqonda jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, İŞİD-ə qarşı mübarizədə səbrli olmaq vacibdir. Generalın sözlərinə görə İŞİD-in mövqeləri artıq zəifləmək üzrədir. Ceyms Terri qeyd edib ki, 1500 ABŞ hərbçisi yaxın vaxtlarda İŞİD-ə qarşı əməliyyatlarda iştirak etmək üşün İraqa gedəcək.
Qeyd edək ki, İŞİD Suriya və İraqda terror törətməkdə davam edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !