İŞİD-ə qarşı yeni ittifaq yarandı

19:46 | 22.09.2014
İŞİD-ə qarşı yeni ittifaq yarandı

İŞİD-ə qarşı yeni ittifaq yarandı

Uzaq Şərqin müsəlman ölkələri - Maleziya, İndoneziya və Bruney İŞİD-ə qarşı birlikdə hərəkət etməklə bağlı qərar qəbul ediblər.ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bununla bağlı Maleziya müdafiə naziri Hişamuddin Hüseyn Onn açıqlama verib. Nazir öz ölkəsinin Sabah əyaləti ilə bağlı narahatlığını dilə gətirib. O, bu əyalət üçün İŞİD təhlükəsinin olduğunu deyib. Nazir xeyli müddət çəkən əməliyyat nəticəsində 19 maleziyanın iştirakı ilə yaradılan radikal qrupun aşkar edildiyini. onların saxlandığını bildirib. H.H.Onn onu da vurğulayıb ki, bölgədə aktiv fəaliyyət göstərən silahlı Moro Beynəlxalq Azadlıq Hərəkatı (MNLF) İŞİD-ə açıq dəstək verir və bu, Sabah əyaləti üçün böyük təhlükədir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM