Suriyada tay boksu üzrə ikiqat dünya çempionu Valdet Qaşi öldürülüb.
Oxu.Az RUDAW-a istinadən xəbər verir ki, o, "İŞİD” terrorçu qruplaşmasının tərkibində döyüşürmüş.
Çempionun ailə üzvlərinin sözlərinə görə, Qaşi iyulun 4-də, naməlum şəraitdə vurulub.
İŞİD-in tərkibində idmançı Suriya-Türkiyə sərhədində patrulla məşğul olub.
İyunun ortalarında Qaşi İŞİD-ə qoşulduğunu etiraf etmişdi. Almaniyadan olan idmançı aprel və may aylarında Tailanda təlim-məşq toplanışı keçməli idi, lakin bunun əvəzinə Suriyaya gələrək terrorçulara qoşulmuşdu
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !