Terror təşkilatı İŞİD-ə qoşulmaq üçün İngiltərədən Suriyaya getdikləri issia olunan 3 gənc qızın Raqqa şəhərində olduqları bildirilib.
ANS PRESS-in məlumatına görə, bu barədə "SKY” telekanalının Türkiyə - Suriya sərhəddində olan müxbiri Stuart Ramsey xəbər yayıb.
Ramsey 3 qızın internetlə əlaqə yaratdıqları, daha əvvəl bölgəyə gəlmiş ingilis qızla birlikdə Raqqada bir evdə olduqlarını deyib.
"Sağlam mənbələrdən əldə etdiyim məlumata görə, qızzalr Raqqadadır. Təhlükəsiz şəraitdə və başqa bir ingilis qızın yanında qalırlar.
Ötən həftə mətbuatda 3 qızın İstanbul Bayrampaşa avtovağzalında təhlükəsizlik kameralarına düşən görüntülərini yaymışdı.
Fevralın 17-də Londondan İstanbula gələn qızların Türkiyədən Suriyaya keçərək İŞİD-ə qoşulduqları iddia olunmuşdu.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !