İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar tutuldu

09:35 | 13.02.2015
İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar tutuldu

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar tutuldu

İŞİD terror qruplaşmasına qoşulmaq istəyən və Türkiyə-Suriya sərhədində yaxalanan 14 nəfər arasında Azərbaycan vətəndaşları da var. 

ANN.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, İŞİD-ə qoşulmaq istəyən şəxslər sosial şəbəkələr vasitəsi ilə əlaqə saxlayaraq Qaziantepdə görüşdükləri məlum olub. 

Bölgənin jandarma qüvvələri Sazgin məhəlləsində şübhələndiyi mikroavtobusu saxlayandan sonra sözügedən 14 nəfərin İŞİD-ə qoşulmaq istədiyi öyrənilir. 14 nəfərdən birinin Türkiyə vətəndaşı olduğu bildirilib və onun ifadəsi alınandan sonra sərbəst buraxılıb. 

Qalan 13 nəfərin Çeçenistan, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Türkmənistan vətəndaşı olduğu bildirilib. Onların 2-3 gün içərisində Türkiyədən çıxarılacağı gözlənilir. 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrini Baş Qərargahından verilən açıqlamada İŞİD-ə qoşulmaq istəyən 14 nəfərin yaxalandığı barədə məlumat verilmişdi.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM