İŞİD-ə qoşulmaq istəyən qızlar saxlanıldı

09:54 | 23.10.2014
İŞİD-ə qoşulmaq istəyən qızlar saxlanıldı

İŞİD-ə qoşulmaq istəyən qızlar saxlanıldı

Üç lisey tələbəsi İŞİD-ə qoşulmaq səbəbilə polis tərəfindən saxlanılıb. ANS PRESS-in məlumatına görə, oktyabrın 17-dən itkin düşən Somali və Sudan əsilli ABŞ vətəndaşı olan 3 liseyli şagird İŞİD-ə qoşulmaq istədikləri üçün FTB tərəfindən nəzarət altına alınıb. Kolorado ştatının Denver şəhərindən yola çıxan adları açıqlanmayan 15-17 yaş arası liseylilər Almaniyanın Frankfurt hava limanında yaxalanıb və ABŞ-a aparılıb. FTB nümayəndələri qızların şəxsiyyəti barədə heç bir məlumat verməyiblər. Qızların ailəsi onların belə hərəkət edə biləcəklərindən xəbərsiz olduqlarını söyləyiblər. Qeyd edək ki, İŞİD terror qruplaşması da tərkibini genişləndirmək üçün adətən gəncləri seçərək yetişdirməyə üstünlük verirlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM