İŞİD-ə qoşulmaqdan imtina edən jurnalist qətlə yetirildi

13:35 | 20.05.2015
İŞİD-ə qoşulmaqdan imtina edən jurnalist qətlə yetirildi

İŞİD-ə qoşulmaqdan imtina edən jurnalist qətlə yetirildi

İŞİD silahlıları İraqda qruplaşmaya qoşulmaqdan imtina edən jurnalisti qətlə yetiriblər.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Qeyd olunub ki, Firas əl-Bəhri adlı təcrübəli jurnalisti terrorçular Mosulda öldürüblər.

"Onlar jurnalistdən terrorçulara beyət etməsini istəyiblər. O, bundan imtina etdiyi üçün əl-Bəhrini öldürüblər", - İraq Jurnalistlər Birliyinin Mosuldakı başçısı Əkrəm Süleyman bildirib.

Məlumata əsasən, terrorçular jurnalisti üç həftə girov saxlayıblar.
Ə.Süleymanın sözlərin görə, indiyədək İŞİD silahlıları onlara qoşulmayan Mosuldakı 7 jurnalisti qətlə yetiriblər: "Terroroçular daha10 yerli jurnalisti girovluqda saxlayırlar. Onların saxlanıldığı yer bəlli deyil".


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM