İŞİD-ə yalnız bu halda qalib gəlmək olar - General danışdı

17:45 | 14.11.2014
İŞİD-ə yalnız bu halda qalib gəlmək olar - General danışdı

İŞİD-ə yalnız bu halda qalib gəlmək olar - General danışdı

ABŞ Baş Qərargah Rəisi, general Martin Dempsey Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsində təşkil edilən iclasda çıxış edib.

ANN.Az xarici mətbuata istinadən xəbər verir ki, general koalisiya qüvvələrinin Suriyada İŞİD üçün etibarlı sığınacaq buraxmaması və İraq daxilində İŞİD-lə mübarizə aparmağın lazımlılığını deyib: "İtirilən torpaqları təkrar əldə etmək üçün təxminən  80 min peşəkar İraq əsgərinə ehtiyac duyacağıq". General təklif edib ki, ehtiyac olarsa, ABŞ quru hərbi birliklərinin də bölgəyə göndərilmə ehtimalını nəzərdən keçirmək lazımdır.

M.Dempsey bildirib ki, hazırkı durumda Mosul və sərhəd boyu ərazilərdə yerli hərbi birləşmələrinin ABŞ qüvvələrinin yanlarında olmasına ehtiyac duyulmur. Amma gələcək üçün bunu nəzərdən keçirmək lazımdır.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti