ANN.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kürdlərə yaxınlığı ilə seçilən "Rudaw" televiziyası bununla bağlı süjet hazırlayıb. Süjetdə deyilir ki, İŞİD adından yayımlanan 2:38 dəqiqəlik videoda Əfqanıstanın Haçlı bölgəsində müsəlmanlara qarşı aparılan hərbi əməliyyatlarda Türkiyənin önəmli rol aldığı vurğulanır: "Türkiyə NATO-nun müsəlmanlara qarşı yaradılmış qüvvələrinin rəhbəri idi. İndi isə ABŞ-ın rəhbərliyi ilə İŞİD-ə qarşı qurulan koalisiya ilə birgə hərəkət edir".Daha sonra "Xəlifə Ərdoğana" deyilərək təhdid dolu sözlər söylənilir: "Sənin xəlifəliyin sona çatır. Türkiyə "Təkbir"lə açılacaq və biz "Təkbir"lə ora daxil olacağıq. Kimsə bizə mane ola bilməyəcək. Allahın gücü ilə sizin şeytani koalisiyanızdan daha güclüdür. Bunu görəcəksiniz. Kimsə bizə düşmən olursa, inşallah, ona zərər verəcəyik".ANN.Az