İŞİD FİFA-nı raketlərlə hədələdi

15:38 | 08.07.2014
İŞİD FİFA-nı raketlərlə hədələdi

İŞİD FİFA-nı raketlərlə hədələdi

İraq və Şam İslam Dövləti (İŞİD) 2022-ci ildə dünya çempionatının Qətərdə keçirilməsinə qarşı çıxıb.

Virtualaz.org saytı xəbər verir ki, İŞİD Qətərin yaratdıqları “islam dövləti”nə aid olduğu üçün həmin ölkədə dünya çempionatının keçirilməsinin mümkünsüz olduğunu bəyan edib.

İŞİD-in açıqlamasında deyilir: “İslami xilafət dövləti qurulub. Dünya çempionatının təşkil ediləcəyi Qətər deyə bir ölkə yoxdur. Qətər artıq “islam dövləti”nin bir hissəsidir. Həmin ölkədə müsəlmanların xəlifəsi və əmiri Əbubəkr əl-Bağdadinin sözü keçir. Xəlifə boş oyun və əyləncələrin təşkilinə icazə verməz. Buna görə FİFA-nın başqa alternativ axtarmasını tövsiyə edirik. İŞİD “Skoda” mərmilərinə sahibdir və rahatlıqla Qətəri vura bilər. Amerika da bunu bilir”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM