Daha bir terrorçu qruplaşma İŞİD-ə dəstəyini bəyan edibSina yarımadasında terror aktları həyata keçirən Misirin ən təhlükəli “Ənsar Beyt əl-Maqdis” terrorçu qruplaşması bəyanat yayıb.ANN.Az ANS PRESS-ə istinadən məlumat verir ki, ötən il Misirdə prezident Məhəmməd Mursinin hakimiyyətdən devrilməsindən sonra daha da fəallaşan “Ənsar Beyt Əl-Maqdis” ölkədə təhlükəsizlik narahatlıqlarına səbəb olmuşdu.“Əl-Qaidə”dən ilhamlandığı bildirilən qruplaşma ölüm xəbəri yayılan, lakin təsdiqlənməyən İŞİD lideri Bağdadiyə sədaqət andı içiblər. Əl-Bağdadiyə “İbrahim İbn Avad” ləqəbini verən qruplaşma ona sədaqət andı içdiklərini, ona qulaq asaraq əmrlərinə boyun əyəcəklərini açıqlayıblar. Bundan başqa, dünyanın müxtəlif yerlərində yaşayan müsəlmanlara da müraciət edərək “xəlifə”yə itaət etməyə və dəstək olmağa çağırıblar.Qeyd edək ki, qruplaşmanın İŞİD-ə meyilli olması xəbərləri bundan əvvəl yayımlansa da onlar tərəfindən heç bir bəyanat yayılmamışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !