ANN.Az saytı türk mediasına istinadən xəbər verir ki, reportajda girov jurnalist "Şəhər İŞİD-in nəzarəti altındadır" - deyir.Video kadrlardan göründüyü kimi, "İŞİD" əvvəlcə Kobaninin ələ keçirdiyi hissələrinin yuxarıdan görüntülərini yayımlayır və sonra əsir jurnalist Con Kantli (John Cantlie) şəhərin tam ələ keçirildiyi barədə "İŞİD"in mövqeyindən çıxış edərək söhbətə başlayır.Jurnalist bildirir ki, Qərb və İŞİD-ə müxalif olan KİV-lər Kobani barədə həqiqəti çatdırmır, belə ki, İŞİD ABŞ-ın hava zərbələrinə baxmayaraq şəhərə demək olar ki, nəzarət edir və Türkiyə sərhəddinə çox yaxındır.Bu görüntülərdə diqqət çəkən məqamlardan biri də, Kobaninin - Eyn əl-Ərəb şəhərinin adı dəyişdirilərək "Eyn əl-İslam" kimi təqdim edilməsidir.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !