İŞİD girovlara qiymət qoydu - 200 milyon

16:52 | 20.01.2015
İŞİD girovlara qiymət qoydu - 200 milyon

İŞİD girovlara qiymət qoydu - 200 milyon

Terrorçular iki yaponu öldürəcəkləri ilə bağlı video yaydılar

İŞİD terrorçu qruplaşması ələ keçirdiyi girovlarla bağlı növbəti video yayıb. Video İŞİD-in "Əl-Furqan" media qolu vasitəsilə yayılıb. 

Kadrlarda İŞİD üzvü olduqlarını iddia edən şəxslər 72 saat ərzində 200 milyon dollar almayacaqları təqdirdə, iki yapon girovu öldürəcəkləri ilə hədələyirlər. 

İŞİD döyüşçüsü birbaşa olaraq hazırda Yaxın Şərqə rəsmi səfərdə olan Yaponiyanın Baş naziri Sindzo Abeyə müraciət edir. "Cənab baş nazir, hazırda İŞİD-dən 8500 kilometr məsafədə olmağınıza baxmayaraq, yəqin ki, bu cihadda könüllü olaraq iştirak edərsiz". 

Yaponiyanın Xarici İşlər Nazirliyi videodan xəbərdar olduqlarını və mütəxəssislərin onu araşdırdığını açıqlayıb. Videodakı iki Yaponiya vətəndaşının ötən il Suriyada oğurlandığı bildirilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti