İŞİD gözəllik yarışmasını yarımçıq qoydu

11:10 | 06.10.2014
İŞİD gözəllik yarışmasını yarımçıq qoydu

İŞİD gözəllik yarışmasını yarımçıq qoydu

İordaniyanın Əqabə şəhərində oktyabrın 25-də keçirilməsi planlaşdırılan "Miss Intercontinental 2014" yarışması IŞİD terror təşkilatının qorxusundan ləğv edilib.

ANN.Az saytı DHA-ya istinadən xəbər verir ki, İŞİD-in qorxusuyla ləğv edilən və hər il fərqli bir ölkədə keçirilən gözəllik yarışmasının dekabr ayında Almaniyanın Maqdeburq şəhərində keçiriləcəyi açıqlanıb.

Yarışmanın təşkilatçısı Detlef Tursises, "6 ay bundan əvvəl planlaşdırılan və 25 Oktyabrda Əqabədə ediləcək qitələrarası gözəllik yarışması İŞİD-dən qorunma səbəbilə son anda ləğv edildi" - deyib. Daha əvvəl də 2002-ci ildə "Miss World" yarışması Nigeriyada radikal islamçıların təhdidləri səbəbiylə keçirilməmiş, Londonda baş tutmuşdu. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti