İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması HAMAS hərəkatına müharibə elan edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qruplaşmanın yaraqlılarının yaydığı video-çarxda Fələstin təşkilatını Qəzza zolağında şəriət qanunlarını bərpa etməməkdə günahlandırıb.
İŞİD HAMAS-ın rəhbərliyini İran və ABŞ-a itaət edənlər adlandırıb. Radikal islamçılar onu da bəyan ediblər ki, İsraili yerlə-yeksan etmək və HAMAS-ı aradan götürmək üçün Fələstin sərhədinə yaxınlaşırlar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !