ANN.Az xəbər verir ki, skype üzərindən danışaraq yaraqlıların etimadlarını qazanan Todenhöfer, təəssüratlarını alman mətbuatına danışıb.
Dini təmizlik planı
İŞİD-in güman edildiyindən daha güclü və təhlükəli olduğunu deyən Todenhöfer, təşkilatın dini təmizlik həyata keçirməyi planlaşdırdığını irəli sürüb. Jurnalistə görə, İŞİD Qərb müdaxiləsi ilə yox, İraqdakı sünnilərlə müzakirə edilərək məhv edilə bilər. Todenhöfer, regionda İŞİD-ə verilən dəstəyi, "Özündən keçmiş bir coşğunluq" sözləri ilə səciyyələndirib, hər gün dünyanın dörd bir tərəfindən yüzlərlə yaraqlının İŞİD-ə qoşulmaq üçün bölgəyə getdiyini bildirib. Mosulda 5 minə qədər İŞİD yaraqlısı olduğunu bildirən jurnalist Todenhöfer, "ABŞ buradakı insanları vurmaq istəsə, bütün Mosulu yerlə bir etmək məcburiyyətində qalacaq" dedi. Jurnalist, İŞİD-in bir dövlət olmaq üçün çalışdığını, təşkilatın sosial yardım və məktəb sisteminə malik olduğunu, qızlara da təhsil verməyi planlaşdırdığını bildirib.
Pulu gənc qadınlarla yolllayırlar
Suriya və İraqda terror həyata keçirən cihadçı təşkilat İŞİD-in pul yollama tranzitinə dair yeni məlumatlar ortaya çıxıb. İngiltərədə yayımlanan "The Times" qəzetinin xəbərinə görə təşkilat qaçaq neft, fidyə və topladığı xəracları Londona Şimal Qərb Union üzərindən təqib edilməsi çətin dərəcədə şifrlənərək göndərir. Cihadçılara gəlin kimi gedəcək qızlara verilən pullar onların vasitəsilə Suriyaya aparılır. 700 funt-sterlinqdən az pul məbləğlərinin İngiltərəyə göndərilməsi İngilis təhlükəsizlik orqanlarında həyəcan yaradıb. Nağd pulun gənc qızların ailə qurmaq üçün səyahət etməsi və ya İŞİD-in Avropada adam toplaması kimi məqsədlərlə istifadə edilə biləcəyini yazan qəzet, "Əl-qaidə"nin də keçmişdə oxşar şəkildə pulu dövriyyəyə buraxdığını xatırladıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !