İŞİD-i yox etməyin yolu - ABŞ bəyan etdi

20:59 | 17.11.2015
İŞİD-i yox etməyin yolu - ABŞ bəyan etdi

İŞİD-i yox etməyin yolu - ABŞ bəyan etdi

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Vaşinqtonda keçirilən təhlükəsizlik üzrə beynəlxalq forumda bəyan edib ki, Avropa və ABŞ terror təhlükəsinin qarşısını almaqdan ötrü Rusiya ilə qarşılıqlı anlaşma əldə etməlidir. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, keçmiş dövlət katibinin fikrincə, İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına qalib gəlmək üçün də ABŞ Rusiya ilə işləməlidir

  "ABŞ-ın Yaxın Şərqdə 30 illik hökmranlığından sonra Rusiya onun daxili təhlükəsizliyinə təhdidlər ortaya çıxdığına görə yenidən bu regionda fəallaşıb. O, radikal islamçıların hədələrindən qorunmaq üçün hərəkətə keçib və bu məsələdə bizim məqsədlərimiz üst-üstə düşür. Biz qarşılıqlı anlaşma əldə etməliyik”, - Kissincer deyib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM