İŞİD imamlarından birini cəzalandırır - İordaniyalı pilota görə

23:48 | 06.02.2015
İŞİD imamlarından birini cəzalandırır - İordaniyalı pilota görə

İŞİD imamlarından birini cəzalandırır - İordaniyalı pilota görə

İŞİD əsir aldığı iordaniyalı pilotun diri-diri yandırılaraq edam edilməsinə qarşı çıxan təşkilat üzvünü cəzalandırır.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müdafiə Təşkilatı məlumat yayıb. Məlumatda deyilir ki, Səudiyyə Ərəbistanı vətəndaşı olan imam pilotun dini qaydaların əksinə olaraq diri-diri yandırılıb edam edilməsini düzgün hesab etmədiyini deyib və bununla bağlı hökmü çıxaranların cəzalandırılmasını istəyib. Cihatçı imam bu barədə özünün "Twitter" hesabında yazıb.

Suriya İnsan Haqları Müdafiə Təşkilatının rəhbəri Rami Adbulrahman həmin imamın vəzifəsindən alındığını, həbs olunduğunu bildirib. Ehtimal var ki, imam İŞİD-in ağır cəza növlərindən biri ilə öldürüləcək.

Təşkilatın mərkəzi Londonda olsa da, ölkə daxilində nümayəndəlikləri fəal şəkildə çalışır və yerli xəbərləri toplayırlar.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM