Ailəsi ilə birlikdə Suriyadan gəlib Türkiyədə məskunlaşan 13 yaşlı bir uşaq necə cihadçı olduğunu və İŞİD-ə necə qoşulduğundan danışıb.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, ona "Əbu Xəttab" kimi xitab edilməsini istəyən uşaq keçən il cihadçı "Şam əl İslam" təşkilatına qoşulduğunu deyib. Cihadçı müsahibə zamanı kamuflyaj paltarları geyib və maska taxıb. "Əbu Xəttab" bütün gün boyunca internetdən cihad videoları izləyərək və Facebook üzərindən İŞİD militanları ilə söhbət edərək vaxt keçirdiyini qeyd edib."Niyə normal uşaqlığını yaşamaq istəmirsən" sualına "Yoldaşlarımla çıxıb əylənmək istəmirəm. Allah bizə cənnət üçün işi və döyüşməyi əmr edir. Daha əvvəl parka və dəniz kənarına gedərdim, amma bunun səhv olduğunu fərq etdim və doğru yolu seçdim" deyib."Türkiyədə yaşayırsan, burada, yaxud İngiltərədə bir hücum təşkil edərdin" sualına isə "İngiltərəyə hücum lazımdır, çünki NATO üzvüdür və İŞİD-ə qarşıdır. Amma biz yalnız layiq olanları öldürürük. Əgər məndən Türkiyədə hücumlar təşkil etməyimizi istəsələr bunu edərəm. Qərbin qısa zamanda sonu çatacaq", Xəttab bildirib.Əbu Xəttabın anası də reportaja qatılaraq oğluna dəstək verdiyini söyləyib: "Onu İŞİD-ə qoşulması üçün əsla dəstəkləmədim. İŞİD-in bəzi fikirləri ilə razıyam, bəziləri ilə yox. Ancaq onların Suriya xalqına kömək etmək üçün gəldiklərinə inanıram. Oğlum İŞİD üçün döyüşərkən ölsə xoşbəxt olaram".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !