"İŞİD-in 22 min silahlısı öldürülüb"

11:42 | 22.01.2016

"İŞİD-in 22 min silahlısı öldürülüb"

Beynəlxalq koalisiya qüvvələri ilyarım ərzində İraq və Suriyada İŞİD-ə qarşı həyata keçirdikləri əməliyyat nəticəsində 22 min terrorçu öldürülüb. 

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransanın müdafiə naziri Jan-İv Lö Drian yerli "France-24" telekanalına müsahibəsində deyib.

O, son günlər terrorçuların geniş hücum planı həyata keçirə bilmədiyini də vurğulayıb. Onun sözlərinə görə, aparılan səmərli əməliyyatlar terrorçu İŞİD qruplaşmasını "çox qəzəbləndirib".

Qeyd edək ki, İŞİD-ə qarşı koalisiya qüvvələri 2014-cü ilin yayından mübarizə aparır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti