ANN.Az türk mediasına istinadən xəbər verir ki, bunlardan biri koalisiya qüvvələrinin İŞİD-ə aid olan 3 mərtəbəli həbsxananın yerlə-bir edilməsidir.
Suriya Yerli Koordinasiya Komitəsinin yaydığı məlumata görə, koalisiya qüvvələrinə aid hərbi təyyarələr Suriyanın Hələb şəhərinin şimalında, Türkiyə sərhədinə yaxın Carablusdakı mədəniyyət mərkəzini bombalayıb. Hücum zamanı çox sayda yaralı və ölənlərin olduğu bildirilir.
Xəbərdə qeyd olunur ki, İŞİD həmin ərazini işğal etdikdən sonra 3 mərtəbəli mədəniyyət mərkəzini həbsxanaya çeviribmiş.
Bundan əlavə koalisiya qüvvələri İŞİD-in nəzarəti altında olan və Hələbin şimalındakı Munbic ilçəsinə də havadan zərbələr endirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !