Fransanın Beynəlxalq Cəbhə (Front National) Partiyasının qurucusu və rəhbri Jean-Marie Le Pen İŞİD-lə və terror qruplaşmasına qoşulan Fransa vətəndaşları ilə bağlı təkliflə çıxış edib.ANN.Az xəbər verir ki, fransız partiya sədri Fransız pasportu olan vətəndaşların yaxalanması zamanı onlar ölkəyə gətirilərkən gilyotindən (bir sıra Avropa ölkələrində barəsində ölüm hökmü çıxarılmış məhkumun boyun nahiyəsindən üzülməsi ilə icra olunmuş edam üsulunda istifadə edilən alətə verilən ad - red.) keçirilsinlər.Son zamanlar İŞİD-in başkəsmə videolarını xatırladan Le Pen "Onların əllərindəki iti bıçaqdan daha yararlı, başı bədəndən daha rahat formada ayıracaq alətimiz - gilyotinimiz var" - deyərək onlara qarşı amansız olmağın vacibliyini vurğulayıb.ANN.Az