Öldürülən yapon jurnalistinin 4 il öncə Tvitterdə yazdığı mesaj paylaşım rekordu qırır.
Musavat.com-un məlumatına görə, İŞİD tərəfindən öldürülən Kenji Qotonun Tvitter sosial şəbəkəsində 4 il əvvəl yazdığı bir mesaj marağa səbəb olub.
Qoto yazıb: "Nifrət insanlar üçün deyil. Ancaq tanrı mühakimə edir. Mən bunu ərəb qardaşlarımdan öyrəndim”.
Öldürülən jurnalist digər mesajlarında isə fransız şərabından, yorğun gözlərindən və Suriyadakı həyatından yazıb.
Xatırladaq ki, ötən həftə jurnalist Kenji Qotonun başını Suriyada "ərəb qardaşları" kəsərək öldürüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !