Suriyada İŞİD-ə qarşı mübarizə aparan Kürd silahlı qruplarından birinin üzvü olan 19 yaşlı bir qızın qəhrəmanlığı gözləri yaşardıb.
ANN.Az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Suriyanın Türkiyəylə sərhəddəki Kobani bölgəsində İŞİD-in mühasirəsinə düşən kürdlərin vəziyyəti ağırlaşıb. Radikal islamçı qruplaşmaya qarşı mübarizə aparanlardan biri də Türkiyənin Batman şəhərindən olan 19 yaşlı Ceylan Özalp olub. Özalp İŞİD-in mühasirəsinə düşəndən sonra radioqəbuledicidən son mesajını çiyindaşlarına göndərib. Ceylan İŞİD-in əlinə düşməmək və təcavüzə məruz qalmamaq üçün silahındakı sonuncü gülləni özünə sıxaraq intihar edib. Beləliklə, aralarında Ceylanın da olduğu kürd silahlı qrup İŞİD tərəfindən tamamilə yox edilib.
Ceylan Özalp keçən ay Kobanidə olan BBC müxbiri Qabriel Qethausa müsahibə vermişdi. Özalp müsahibəsində İŞİD terrorçularının əli silahlı qadınları gördükləri zamanı titrədiyini demişdi. O həmçinin qeyd etmişdi ki, İŞİD-in əlinə düşməkdənsə, özlərini öldürməyi üstün tutacaqlar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !