Axar.az xəbər verir ki, İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı qanuni tənzimləmələrin xaricində olmaqla bazardan yüzdə əlli nisbətdə daha ucuz neft satışı həyata keçirir.Təşkilat bazarda cümə günü 102 dollara satılan xam brend neftin 1 barelini 25-60 dollar arası qiymətə satıb. Mütəxəssislər təşkilat tərəfindən edilən bu qeyri-qanuni satışın qlobal neft bazarına zərər verəcək ölçüdə olmadığını söyləyir.İŞİD-in gündəlik orta hesabla 30.000 barrel neft satdığı Səudiyyə Ərəbistanı isə bir gündə 9 milyon barel neft istehsal edir. Miqdarın kiçik olmasına rəğmən, bunun müəyyən qədər əhəmiyyət kəsb etdiyini deyən mütəxəssislər İŞİD-in neft satışı yoluyla gündəlik təxmini olaraq 2 milyon dollar gəlir əldə etdiyini və bu yolla maliyyə çətinliyi yaşamayacağını bildiriblər.ANN.Az