İŞİD-in ikinci böyük qalası əlindən alındı

12:06 | 08.11.2014
İŞİD-in ikinci böyük qalası əlindən alındı

İŞİD-in ikinci böyük qalası əlindən alındı

İraqın Fəlluca bölgəsi İŞİD-dən geri alınıb.

 

Axar.az xəbər verir ki, ölkənin qərbində yerləşən Ənbar vilayətində bu nöqtə İŞİD üçün strateji əhəmiyyət kəsb edirdi.

İraq Nazirlər Kabinetinin verdiyi məlumata görə, əksəriyyəti sünnilərdən ibarət olan Fəlluca, Duvelibə, əl-Mahasinə və əl-Mədarih bölgələrinə ordu qüvvələri yerləşdirilib.

Xatırladaq ki, sözügedən bölgə Mosuldan sonra terrorçuların ikinci ən böyük möhkəmləndiyi ərazi sayılırdı. Bu bölgənin işğaldan azad olunması Bağdad üzərində yaranmış təhlükənin aradan qalxmasına səbəb olub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM