Anews.az "report"a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı bildirib.
Qəbristanlığın tarxinin 2016-cı ilə aid olduğu bildirilir.
Həmin vaxt ölkənin bu regiona İŞİD terror qruplaşmasının silahlıları nəzarət edirdilər.
Yerli hakimiyyət orqanlarının nümayəndələri güman edirlər qətlə yetirilənlər "Əl-muhamda" tayfasının üzvləridir.
Həmin vaxt onların hamısı itkin düşüblər və bu günə qədər heç kim onların aqibəti haqqında heçnə bilmirdi.
Qətlə yetirilənlər arasında uşaqlar da var.
Xatırladaq ki, İŞİD terror qruplaşmasının ekstremistləri 2014-cü ilin yayındaİraq ərazisinin üçdə birin işğal ediblər.
Həmin ilin iyununda onlar ölkənin böyüklüyünə görə ikinci şəhəri Mosulu tutublar və onu qondarma xilafətin paytaxtı elan ediblər.
İraqın təhlükəsizlik qüvvələri 2015-ci ildə beynəlxalq koalisiyanın dəstəyi ilə ərazilərin terrorçulardan azad edilməsi ilə bağlı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
2017-ci ilin dekabrında İraqın o zamankı baş naziri Heydər əl-Abadi İŞİD-in tam məğlubiyyətə uğradığını elan edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !