Avropa İttifaqına üzv olan ölkələrə İraq-Şam İslam Dövlətinin (İŞİD) 4 mindən çox terrorçusu qaçqın kimi gedib. Modern.az saytı bildirir ki, bu haqda "Sunday Express” qəzeti terror qruplaşmasındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumatda qeyd edilir ki, yaraqlılar Aralıq dənizi vasitəsilə Türkiyənin İzmir və Mersin şəhərlərindəki dəniz limanlarına gələn qaçqınların sırasına qoşulub İtaliyaya keçməyə nail olurlar. Yaraqlılar bundan sonra İsveç və Almaniyaya yollanırlar.
Mənbə iddia edib ki, İŞİD bununla təkcə Suriyada yox, bütün dünyada xəlifə qurmaq niyyətindədir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !