Daha sonra İŞİD üzvləri Fransa pasportlarını yandırmaqla ölkəyə dönməyəcəklərini və ölənə qədər döyüşəcəklərini bəyan edirlər.Əvvəlki video-görüntülərdən fərqli olaraq bu dəfəki İŞİD-çilər maskadan artıq istifadə etmir, sifətlərini gizlətmirlər. Onların uzun saqqalı və əllərində uzun bıçaq olduğu görünür. Təxmini hesablamalara görə, 1000 nəfər Fransa vətəndaşı İraq və Suriyada savaşa gedib. Bu yaxınlarda vətənə dönən İŞİD üzvü müəyyən edilib və 7 il həbs cəzası alıb.Fransa polisi İŞİD-ə qatılmanın qarşısını almaq üçün səyahət edənlərin pasportlarını onların əllərindən almaq hüququna malikdir.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !