“İraq Şam İslam Dövləti” terror təşkilatının adı dünyanın müxtəlif dillərində fərqli səslənir.
ANN.Az Lent.az-a istinadən məlumat verir ki, “IŞİD”, “İD”, “ISIL”, “ISIS”, “IS”, “DAİŞ”, “Daeş”, “Daesh” və “DEAŞ” Suriya və İraqda at oynadan terrorçuların təşkilatının dünya dillərində olan adlarından bəziləridir.
Ərəb ölkələrində bu terror təşkilatına “Daeş” (“Əl Dövlət Əl İslamiyyə Fil İraq Vel Şam”) deyilir. Fransız və alman dillərində əsasən İŞİD-i “Daesh” ifadəsi əvəz edir. Terror təşkilatının ingiliscədəki adı isə “İslamic State”in qısaltması olan “İS”-dir.Qeyd edək ki, İŞİD-in hədəflərindən birinə çevrilən kürdlər terror təşkilatının adı üçün “DAİŞ” abreviaturasından istifadə edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !