İŞİD-in nüfuzlu rəhbəri və 17 cangüdəni qətlə yetirildi - VİDEO
Dünya
Video
15:28 | 27.10.2014
İŞİD-in nüfuzlu rəhbəri və 17 cangüdəni qətlə yetirildi - VİDEO
PAYLAŞ
Bu günlərdə Suriyanın Deyr Ez-Zor bölgəsində 100 İŞİD yaraqlısını öldürməklə ad çıxaran "Bəyaz kəfənlilər" təşkilatı İŞİD-in nüfuzlu əmirlərindən bir hesab olunan Əbu Huzifəni də öldürdüyünü elan edib.ANN.Az türk mediasına istinadən xəbər verir ki, təşkilat eyni zamanda əmiri qoruyan 17 mühafizəçini də qətlə yetirib. Hadisənin təvərrüatları belə olub: Dünən axşam saatlarına ağ kəfən geyinən bir qrup şəxs İŞİD əmiri Əbu Huzifənin Mosulun Baasi Məhəlləsində yerləşən evinə basqın edib. Təxminən 5 dəqiqə atışma olub. Daha sonra küçəyə çıxan "Bəyaz kəfənlilər" belə bir şüar səsləndiriblər: "İraq və Suriyada dəhşət saçan İŞİD-in axırı ölümdür".Bu hadisədən sonra bir an içərisində ağ kəfən geyinən qrup üzvləri yoxa çıxıb. Bu hadisədən sonra İŞİD yaraqlıları öldürülmüş əmirin evinə gəlib və bütün məhələdəki evlərə soxularaq bir-bir ağ kəfənliləri axtarmağa başlayıblar.Qeyd edək ki, "Bəyaz kəfənlilər" qruplaşması ötən həftə 100 İŞİD əsgərinin boğazını kəsməklə gündəmə gəlmişdi.ANN.Az