İŞİD-in növbəti hədəfi

20:17 | 11.02.2015
İŞİD-in növbəti hədəfi

İŞİD-in növbəti hədəfi


PPK ilə əlaqəli və Peşmərgə qüvvələri Kobanidən sonra bu şəhərin şərqində yerləşən Tel Abyada doğru yönəliblər.

ANN.Az hurriyet.com.tr-yə istinadən xəbər verir ki, İŞİD-ın paytaxtı Rakka ilə bir saat uzaqlıqda yerləşən Tel Abyadda kürdlər və ərəblər yaşayır.

Suriya İnsan Haqqları Müşahidəsinin Başçısı Rami Abdülrahman verdiyi açıqlamada bildirib: "Kobanidən sonra növbəti döyüş Tel Abyadda olacaq".

Rakkada Nail Mustafa adlı bir aktivist isə AFP agentliyinə verdiyi açıqlamada deyib ki, Tel Abyad ətrafındakı kəndlərdə qarşıdurmalar başlayıb və insanlar artıq Türkiyə sərhədinə doğru qaçır. 

O həmçinin qeyd edib ki, Tel Abyad İŞİD üçün çox əhəmiyyətlidir. Artıq təşkilat bölgədə tunellər qazır. Qəsəbənin xarici yerlərində iqamətgahlar inşa edilir. Döyüş hələ çox uzun vaxt davam edəcək. Bu hələ başlanğıcdır.

Tel Abyadda eşidilən silah səsləri Türkiyə tərəfinin narahatçılığı ilə qarşılanıb və artıq sərhəd xəttində təhlükəsizlik tədbirləri görülür. Dünən ABŞ-ın liderliyindəki koalisiya qüvvələrinə aid təyyarələr Tel Abyad-ın cənubunda olan İŞİD hədəflərini vurub.  Digər tərəfdən ötən ay koalisiyadan ayrılan Birləşmiş Ərəb Əmrlikləri də yenidən İŞİD-a qarşı hücumlara qoşulacağını açıqlayıb.

İŞİD-dan fərarilik edən terroristlərin Türkiyəyə, ya da Suriyanın Əl-Qaidə qolu Əl Nusranın nəzarət etdiyi bölgələrə qaçdığı iddia edilir.
 
ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM