Sənədli filmdə o da qeyd olunur ki, indiyə qədər mediaya, ictimaiyyət qarşısına çıxan qadınlar təhlükəsizik məqsədilə adlarını gizli tutub, sifətlərinin görünməsini istəməyiblər. Amma bu yezidi qadın ilk dəfə adını deyib, sifətini göstərib. Hamşe İŞİD-in öldürdüyü həyat yoldaşından bir uşağı olduğunu, 28 gün əsirlikdə qaldığını, sonra isə qaçmağı bacardığını bildirib. Başına gələnlərdən danışan Hamşe əsir alınaraq bir evdə uzun müddət ac və susuz saxlandığını, İŞİD yaraqlısının onunla zorla evlənmək istədiyini deyib: "Məni ac-susuz saxlamaqla ram etmək istəyirdi. Eyni zamanda bizdən yaraflı əsgərlər üçün qan alırdılar".
Necə qaçdığını bildirin Hamşe "Bir axşam uşaq susuzluqdan ağlayırıdı. Qapını döydüm və çöldə bütün əsgərlərin yatdığını gördüm. Gizlincə bir şüşə su götürüb uşağı da qucağıma alıb qaçdım. Günlərlə yol qət etdim" - deyib.
Yolda bir nəfər ərəbə rast gələn Hamşe 3 gün həmin adamın evində qalıb. Daha sonra həmin ərəb Hamşeni at arabasında gizlədərək peşmərgə dəstəsinin nəzarət etdiyi əraziyə çatdırıb. Bundan sonra Hamşe ailəsini tapıb və qardaşı ilə ata-anasına qovuşub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !