"Washington Post" qəzeti ABŞ-İraq müharibəsi əsnasında əsir götürülənlərin yerləşdirildiyi "Bucca Düşərgəsi" adlı həbsxanada yatan 9 adamın həbsdən sonra İŞİD-in İdarə Heyətində da təmsil olunduğunu yazıb.ANN.Az xəbər verir ki, bu həbsxana İraq-Küveyt sərhəddində yerləşir və ABŞ qəzeti hesab edir ki, İraq Şam İslam Dövləti adlı terror təşkilatı da məhz burada "şəkil" alıb. Eyni zamanda ingilislərin "İndependent" qəzeti "Bucca Düşərgəsi: İŞİD-in doğulduğu ABŞ həbsxanası" adlı yazı ilə çıxış edib. Məqalədə deyilir ki, İraq müharibəsi zamanı həbs olunan "ən təhlükəli cihatçılar"ın saxlandığı həbsxana İŞİD-in inkişaf etməsində rolu böyük olub.100 min adamın həbs yatdığı və müharibədən sonra həbsdəkilərin hamısının sərbəst buraxıldığı deyilən "Washington Post" xəbərində "Bucca"da çalışan polis rəisi Saad Abbas Mahmutun açıqlaması da yerləşdirilib. Polis rəisi bütün həbsdəkilərin birdən sərbəst buraxılmasının nəticəsinin çox pis olacağına dair hökumət yetkililərinə məlumat verdiyini deyir: "Sərbəst buraxılanların 90 faizi yenidən döyüşmək üçün hazır şəxslərdir. Bu adamlar bağçadaçiçək əkmək, küçələrdə azad şəkildə gəzişmək fikrində olan adamlar deyillər. Problem çox böyük və təhlükəlidir. Təəssüf ki, İraq hökuməti və yetkililər problemin nə qədər böyük olduğunun fərqində olmadılar".Qəzet iddia edir ki, hazırda özünü xəlifə elan edən İŞİD lideri Əbu Bəkir əl-Bağdadi və terror təşkilatının İdarə Heyətində təmsil olunan 9 komandir burada tanış olublar. Bağdadinin də eyni həbsxanada 5 il saxlanıldığını yazan qəzet İŞİD-çilər arasında "Bucca"da yatan digər səlahiyyətli şəxslərin adlarını da açıqlayır: hazırda İŞİD-in ikinci adamı olan Əbu Müslim Türkmen, xarici döyüşçülərə liderlik edən Əbu Qasım, eləcə də əsgəri birləşmənin lideri, bu yaxınlarda öldürülən Hacı Bəkir.Məqalədə bir daha qeyd olunur ki, "Bucca Düşərgəsi" həbsxanada olanların daha da radikallaşmasına zəmin olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !