Terrforçular yezidi gənc qızları ayıraraq Mosula göndərirlər
Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhəri uğrunda qızğın döyüşlər səngimək bilmir.
ANS TV-nin məlumatına görə, şəhəri qoruyan kürd döyüşçülər İŞİD-in yeni həmləsinin qarşısını alıb. Terrorçular bu dəfə cənubdan hərəkət edərək, Kobani və Türkiyə sərhədini birləşdirən yolu bağlamağa çalışıb. Belə ki, bu təchizat xəttindən cümə və şənbə günü Kobaniyə yardım üçün İraqdan ilk silah -sursat və döyüşçü yardımı gəlib. Kürd döyüşçülər İŞİD-in həmin yolu tutmasına imkan verməyib.
İŞİD döyüşçülərinin İraqda əsir götürülmüş yezidi kürdlərindən olan qadınları necə alıb- satmasını göstərən videogörüntü ortaya çıxıb. Görüntüdə İŞİD döyüşçüləri bir-birilə söhbətləşərək, qaçırdıqları yezidi qadınlarını Mosulda öz aralarında necə bölüşdürdüyünü müzakirə edir. İŞİD-in əsirliyindən qurtarmış 19 yaşlı yezidi, ələ keçdikdən sonra döyüşçülərin uşaqları, qadınları və qocaları ayırdığını, gənc qızları Mosulda 3 mərtəbəli bir binaya göndərdiklərini söyləyib.
“Ora gəlib qızlara baxır, istədiklərini seçirdilər. Məni seçən adamın 70 yaşı var idi”- deyə İŞİD-in zülmündən qurtulmuş qadın bildirib.
UNESKO-nun rəhbəri İŞİD-in İraqın mədəni irsini məhv etməsinə imkan verməmək üçün beynəlxalq ictimaiyyəti birgə addımlar atmağa səsləyib. Bağdadda verdiyi brifinqdə, UNESKO baş direktoru İrina Bokova, İraqdakı Şumer mədəni irsinin, qədim məbədlərin, kilsə və məscidlərin ən vəhşi şəkildə dağıdıldığını diqqətə çatdırıb.
ANN.Az